V İslam Həmrəyliyi Oyunlarına start verildi

Prezident Rəcəb Tayyib Ərdoğan avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarına start verib.

1865781
V İslam Həmrəyliyi Oyunlarına start verildi
Konya-3

Prezident Rəcəb Tayyib Ərdoğan avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarına start verib.
Prezident Ərdoğan İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimində iştirak edib.

Ərdoğan mərasimi Azərbaycan Prezidenti İlham Əliyev, Şimali Kıbrıs (Kipr) Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar, Fələstin Baş naziri Məhəmməd İştiyye, Albaniyanın Baş naziri Edi Rama, Əlcəzairin Baş naziri Eymen bin Əbdürrəhman, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Əbdüləziz Bin Türki Əl Faysal Əl Səud ilə izləyib.

Dövlət başçısı Ərdoğan oyunların açılış mərasimində "V İslam Həmrəyliyi Oyunlarının idman fəaliyyətlərinə start verirəm. Əməyi keçən hər kəsi öz adımdan və millətim adından təbrik edirəm. Uğurlar" deyib.

Açılış mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Protokol üzvləri stadiona gəldikdən sonra İstiqlal Marşı oxunub, daha sonra Türkiyə bayrağı qaldırılıb.
Daha sonra oyunlarda iştirak edən ölkələrin konvoyları əlifba sırası ilə öz bayraqlarını daşıyaraq stadiona daxil olublar.

İslam dünyasının önəmli musiqiçilərindən olan Maher Zain 5-ci İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində mini konsert proqramı ilə çıxış edib.

İşıq şoularının və atəşfəşanlığın təşkil olunduğu gecədə rəqqaslar tərəfindən səhnəyə müxtəlif xoreoqrafiyalar təqdim olunub. Xalq rəqsləri tamaşası böyük marağa səbəb olub.



Әlaqәli Xәbәrlәr