Millilərimiz rəsmi açılış günü18 medal qazandı

Konyada keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Türkiyə idmançıları günü 18 medalla başa vurub.

1865893
Millilərimiz rəsmi açılış günü18 medal qazandı

TRT spor xəbər verir ki, oyunların rəsmi açılışı günü Türiyə idmançıları üzgüçülük, atletika, taekvondo və bocce idman növləri üzrə medallar uğrunda mübarizə aparıblar. Həmçinin voleybol, həndbol və stolüstü tennis üzrə yarışlar keçirilib.

Milli idmançılar 5 qızıl, 7 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 18 medal qazanıblar. Bununla da Türkiyənin təşkilatdakı medallarının sayı 16 qızıl, 14 gümüş və 10 bürünc olmaqla 40-a yüksəlib və medal sıralamasında liderliyini qoruyub.

Qeyd edək ki, Kişi Voleybol Milli Komandavmız 5-ci İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında Pakistanı 3-1 məğlub edib.



Әlaqәli Xәbәrlәr