Ağrdı dağında 450 alpinist eyni gün zirvəyə qalxdı

Dünyanın hər yerindən gələrək "Türkiyənin damı" olaraq xarakterizə edilən Ağrı dağına həftə sonu (6-7 avqust 2022) dırmaşan 450 alpinist eyni gündə zirvəyə qalxma xoşbəxtliyini yaşayıb.

1865952
Ağrdı dağında 450 alpinist eyni gün zirvəyə qalxdı
agri dagi zirve.jpg
agri dagi kamp.jpg
agri dagi.jpg

Dünyanın hər yerindən gələrək "Türkiyənin damı" olaraq xarakterizə edilən Ağrı dağına həftə sonu (6-7 avqust 2022) dırmaşan 450 alpinist eyni gündə zirvəyə qalxma xoşbəxtliyini yaşayıb.

Dəniz səviyyəsindən 5137 metr hündürlükdə yerləşən Ağrı dağı ilin bütün fəsillərində dünyanın hər yerindən və ölkə daxilindən gələn alpinistləri qarşılayır.

Maşınlarla Ağrı vilayətinin Doğubayazıt rayonundakı Ağrı dağının ətəyindəki 2200 metr hündürlüyündəki Çevirmə yaşayış məntəqəsinə qədər gələn alpinistlər bölgədəki kəndlilərin ödənişlə atları və qatırlarla verdiyi dəstəklə ilk dırmanış zamanı düşərgə yüklərini yüngülləşdirirlər.

Bundan sonra alpinistlər yüksəkliyə uyğunlaşmaq və istirahət etmək məqsədilə həmin gün 3200 metr, ikinci gün isə 4200 metr hündürlükdə düşərgə salırlar. Üçüncü gün yay aylarında 4800 metrdən başlayan buzlaqları aşaraq zirvəyə çatan alpinistlər elə həmin gün birinci düşərgəyə qayıdır və fəaliyyətlərini bitirirlər.

Hər ötən gün alpinistlərin və təbiətsevərlərin marşrutuna daxil olan Ağrı dağı dırmanış turizmi ilə yerli iqtisadiyyata böyük töhfə verir.



Әlaqәli Xәbәrlәr