5-ci İslam Həmrəyliyi Oyunları keçirilir

TRT Spor xəbər verir ki, Türkiyənin Kişi Voleybol Milli Komandası sabah Pakistanla ilk oyununu keçirəcək.

1864869
5-ci İslam Həmrəyliyi Oyunları keçirilir

Konyada Karatay Konqres və İdman Mərkəzində oynanılacaq matç Türkiyə vaxtı ilə saat 18.30-da başlayacaq.

Aypara-ulduzlu komanda qrupdakı digər 2 oyununu avqustun 11-i cümə axşamı saat 19.00-da Qətərlə, 13 avqust şənbə günü isə saat 19.00-da İranla keçirəcək.

Qruplarını ilk 2-likdə başa vuran komandalar avqustun 14-də yarımfinala çıxacaqlar. Final oyunu avqustun 15-də oynanacaq.



Әlaqәli Xәbәrlәr