“Fənərbaxça” 3 cavabsız qolla qalib gəlib

Avropa Liqasında 2022/23 mövsümünə start verilib.

1864052
“Fənərbaxça” 3 cavabsız qolla qalib gəlib

TRT Spor xəbər verir ki, turnir 3-cü təsnifat mərhələsininin ilk oyunları ilə başlayııb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutub. "Fənərbaxça" evdə Çexiyanın "Slovaçko" komandasını sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib. Bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

 

Avropa Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

4 avqust

 Fənərbaxça (Türkiyə) - Slovaçko (Çexiya) 3:0

AEK (Larnaka, Kipr) - Partizan (Serbiya) 2:1

Malmö (İsveç) - Düdelanj (Lüksemburq) 3:0

Maribor (Sloveniya) - HJK (Helsinki, Finlandiya) 0:2

Linfild (Şimali İrlandiya) - Sürix (İsveçrə) 0:2

Şemrok Rovers (İrlandiya) - Şkupi (Şimali Makedoniya) 3:1

Olimpiakos (Yunanıstan) - Slovan (Bratislava, Slovakiya) 1:1

 



Әlaqәli Xәbәrlәr