UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub. TRT Spor xəbər verir ki, sonuncu oyun günündə daha 5 görüş keçirilib.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu “Qarabağ” Macarıstan “Ferentsvaroş”-unu, Norveçin "Bodo Qlimt" komandası Litva "Jalgiris"ni sınağa çəkib. Norveç çempionu isə rəqibini 5 cavabsız qolla yenib.
Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"unu darmadağın edib. Kiyev "Dinamo"su Polşada Avstriyanın "Şturm" klubunu 1 qolla üstələyibsə, "Srvena Zvezda" Serbiyada Ermənistan "Pünik"ini 5 cavabsız qolla yenib.
Qarabağ (Azərbaycan) - Ferentsvaroş (Macarıstan) 1:1
Bodo Qlimt (Norveç) – Jalgiris (Litva) 5:0
Makkabi (Hayfa, İsrail) – Apollon (Kipr) 4:0
Dinamo (Kiyev, Ukrayna) - Şturm (Avstriya) 1:0
Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan) 5:0
Әlaqәli Xәbәrlәr

Süper Liqa matçları canlı yayımlanacaq
Süper Liqa matçları “Ziggo Sport” telekanalından canlı yayımlanacaq

FİFA DÇ-2022-nin başlama tarixini dəyişdi
FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlama vaxtının dəyişdiyini açıqlayıb.