DÇ-2030-a daha 4 ölkə namizəd oldu
Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.

TRT Spor Cənubi Amerika Futbol Konfederasiyası rəsmi saytına istinadla xəbər verir ki, 2017-ci ildə Uruqvay və Argentinanın başlatdığı kampaniyaya Çili və Paraqvay 2019-cu ildən qoşulub.
Uruqvayda keçirilmiş DÇ-1930-un finalında təşkilatçı ölkə Argentina ilə üz-üzə gəlib və qələbə qazanıb – 4:2.
Daha əvvəl İspaniya və Portuqaliya da DÇ-2030-a namizədliyini verib. İspaniyadan Madrid, Barselona, Sevilya, Malaqa, Bilbao, La Korunya, Xixon, Valensiya, Saraqosa, Las Palmas, Mursiya və San Sebastyan şəhərləri mundialın oyunlarını keçirmək istəklərini ifadə ediblər. İlk iki şəhər hərəyə iki stadion təklif edib. Ona görə də, ölkə qarşısında çoxsaylı namizəddən 11-ni seçmək vəzifəsi durur. Portuqaliya isə 3 stadionla təmsil olunacaq. Onlardan 2-si Lissabonda, 1-i Portudadır.
Әlaqәli Xәbәrlәr

Süper Liqa matçları canlı yayımlanacaq
Süper Liqa matçları “Ziggo Sport” telekanalından canlı yayımlanacaq

FİFA DÇ-2022-nin başlama tarixini dəyişdi
FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlama vaxtının dəyişdiyini açıqlayıb.