İngiltərə Avropa çempionatına qalibiyyətlə başladı

İngiltərənin ev sahibliyi etdiyi 2022-ci il qadınlar arası futbol üzrə Avropa çempionatına İngiltərə - Avstriya qarşılaşması ilə start verilib.

1852979
İngiltərə Avropa çempionatına qalibiyyətlə başladı

TRT Spor xəbər verir ki, “Mançester Yunayted”in çıxış etdiyi “Old Trafford” stadionunda oynanan açılış matçında İngiltərə Avstriyanı 1:0 hesabı ilə məğlub edib.

TRT SPOR-da canlı yayımlanan qarşılaşmada ingilislərin qolu 16-cı dəqiqədə qeydə alınıb. Qol: Beth Mead.

Çempionatda mübarizə aparacaq 16 komandanın 4-lük qrupları isə belədir:

A qrupu:

İngiltərə, Norveç, Avstriya, Şimali İrlandiya.

B qrupu:

Almaniya, İspaniya, Danimarka, Finlandiya.

C qrupu:

Hollandiya, İsveç, İsveçrə, Portuqaliya.

D qrupu:

Fransa, İtaliya, Belçika, İslandiya.

Qruplar arasında ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcək.

Dörddəbir finaldan başlayaraq bir oyunluq seçmə sistemi tətbiq olunacaq.



Әlaqәli Xәbәrlәr