Qadınlar arası futbol üzrə Avropa çempionatı sabah start götürəcək

TRT Spor xəbər verir ki,  İngiltərənin  ev sahibliyi edəciyi qadınlar arası futbol üzrə Avropa çempionatında 16 komanda mübarizə aparacaq. Oyunlar TRT Spor kanalından canlı yayımlanacaq.

1852430
Qadınlar arası futbol üzrə Avropa çempionatı sabah start götürəcək

1984-cü ildən bəri 13-cü dəfə  təşkil ediləcək  olan turnir 6-31 iyul tarixlərində paytaxt London da daxil olmaqla 8 şəhərdə keçiriləcək.

UEFA-nın qərarına əsasən, Rusiya millisi final qarşılaşmalarında  iştirak edə bilməyəcək. Bu  ölkəni Portuqaliya əvəz edəcək.

Ev sahibi İngiltərə və Avstriya arasında çempionatın ilk matçı sabah, Türkiyə vaxtı ilə saat 22:00-də Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək.

Çempionatda mübarizə aparacaq 16 komandanın 4-lük qrupları belədir:

A qrupu: 

İngiltərə, Norveç, Avstriya, Şimali İrlandiya.

B qrupu: 

Almaniya, İspaniya, Danimarka, Finlandiya.

C qrupu:

Hollandiya, İsveç, İsveçrə, Portuqaliya.

D qrupu:

Fransa, İtaliya, Belçika, İslandiya.

 



Әlaqәli Xәbәrlәr