Super Liqada səfərdə azərkeş qadağası ləğv edildi

Türkiyə Futbol Federasiyasının İdarə Heyəti Mehmet Büyükekşinin rəhbərliyində Rivada iclas keçirib.

1850059
Super Liqada səfərdə azərkeş qadağası ləğv edildi

TRT spor xəbər verir ki, iclasda Pandemiya dövründə tətbiq olunmağa başlayan “səfər oyunlarında azərkeş qadağa”nın ləğv edilməsi qərarına gəlinib.

Qəbul edilən qərara görə 2022-2023-cü il Futbol Mövsümündə Super Liqada yer alan komandalar səfərdəki oyunlarını azərkeşlərlər  olacaq. Qərarla  ən çox 10% olan qonaq komandanın tamaşaçı tutumu da  30%-a artırılıb.

İclasda qəbul edilən ikinci mühüm qərar isə Ehtiyat Liqa ilə bağlı olub. Super liqadakı bir çox komandanın tələbi üzrə 2022-2023 mövsümündə Ehtiyat Liqanın yaradılması qərara alınıb.



Әlaqәli Xәbәrlәr