Türkiyə Millisi FİFA reytinqində bir pillə irəlilədi

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

1847393
Türkiyə Millisi FİFA reytinqində bir pillə irəlilədi

TRT Spor xəbər verir ki, Türkiyənin milli komandası bu gün açıqlanan yeni siyahıda 1 pillə irəliləyərək 1475.13 xalla 42-ci sırada qərarlaşıb.

FİFA-nın saytında dərc olunan reytinqdə Braziliya 1837 xalla liderliyini qoruyub, Belçika 1821 xalla ikinci, Argentina isə 1770 xalla üçüncü pilləyə yüksəlib.

Farer adaları 125-ci, Litva isə 142-ci yerə düşüb.

 

 



Әlaqәli Xәbәrlәr