Türkiyənin voleybol üzrə yığması səfərdə uduzub

Voleybol üzrə Türkiyə yığması Millətlər Liqasının ikinci turunda Braziliyada səfərdə

1844063
Türkiyənin voleybol üzrə yığması səfərdə uduzub

Qadınlar arasında Voleybol üzrə Türkiyə yığması Millətlər Liqasının ikinci turunda Braziliya ilə qarşılaşıb.

TRT spor xəbər verir ki, Türkiyənin voleybol üzrə yşığması ilk oyununda səfərdə Braziliya ilə üz-üzə gəlib. Hər iki komanda ilk turu 3 qələbə və 1 məğlubiyyətlə başa vurub.

Türkiyə yığması səfərdə rəqibinə 3-1 hesabı ilə məğlub olub.

Bildirilir ki, ikinci turda Braziliya, Serbiya, Almaniya və Cənubi Koreya ilə qarşılaşan Ay-ulduzlu komanda ikinci oyununda Serbiya ilə üz-üzə gələcək. Matç TRT spor ekranlarında olacaq.



Әlaqәli Xәbәrlәr