Turnirin 5-ci günündə üç tennisçi Fransa Açıqa vida edib
Paytaxt Parisin ev sahibliyi etdiyi ikinci böyük dəbilqə tennis turniri Fransa Açıq beşinci günün qarşılaşmaları ilə davam edib.
1833372
Danielle Kollinz, Jelena Ostapenko və Simona Halep, Roland Qarros olaraq da bilinən turnirin ikinci turunda mübarizədən kənarlaşdırıldı.
Mövsümün ilk böyük dəbilqə turniri olan Avstraliya Açıq çempionatında finalda çıxış edən 9-cu sıradan Amerikalı Collins həmyerlisi Şelbi Rocersə 6-4 və 6-3 setlərlə 2-0 məğlub olaraq turnirlə vidalaşıb.
Latviyalı Jelena Ostapenko, fransalı Alize Kornetə 2-1 hesabı ilə rumıniyalı Simona Halep də Çinli Qinwen Zhenqa məğlub olaraq ikinci raundda mübarizədən kənarlaşdırılıb.
Әlaqәli Xәbәrlәr

Çempionatın ilk günündə Zilan Ertem qızıl medal qazandı
Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start verilib