Məhəmməd Salah “Liverpul”dan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib
“Liverpul”un hücumçusu Məhəmməd Salah gələcəyi ilə bağlı sualları cavablandırıb.
1832771

TRT Xəbər verir ki, ulduz futbolçu “qırmızılar”dan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Misir millisinin üzvü Premyer Liqa klubundan ayrılmaq fikrində olmadığını söyləyib. O, yeni müqaviləyə hazır olduğunu, rəhbərlikdən buna uyğun təklif gözlədiyini vurğulayıb.
Qeyd edək ki, Premyer Liqada 23 qolla mövsümün bombardiri olan Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
Әlaqәli Xәbәrlәr

Çempionatın ilk günündə Zilan Ertem qızıl medal qazandı
Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start verilib