Konfrans Liqasının çempionu “Roma” oldu

Futbol üzrə Avropa Konfrans Liqasının final oyunu keçirilib.

1832632
Konfrans Liqasının çempionu “Roma” oldu

TRT xəbər verir ki, final matçında İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gəlib.

Joze Mourinyonun rəhbərlik etdiyi İtaliya komandası lap əvvəldən Konfrans Liqasının favoritlərindən hesab olunurdu. Təbii ki, “canavarlar” final görüşündə qələbə qazanmaqla, mövsümü kubokla başa vurmaq istəyirdi. Amma “Feyenoord” o qədər də asan rəqib deyildi. Niderland təmsilçisi də Konfrans Liqasının qalibi olmaq üçün əlindən gələni edib. Lakin yekunda rəqibini minimal hesabla üstələyən “Roma” ilk dəfə keçirilən Konfrans Liqasının qalibi olub.

Avropa Konfrans Liqası

Final25 may

Roma – Feyenoord 1:0

Qol: Zaniolo, 32.

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Tirana, Milli Arena.

 



Әlaqәli Xәbәrlәr