Milli boksçu Ayşə Çağırır dünya çempionu oldu
Qadınlar arasında boks üzrə dünya çempionatında Türkiyə təmsilçisi Ayşə Çağırır qazaxıstanlı rəqibi Alua Balkibekova qalib gələrək qızıl medal qazanıb.

Başakşehir Gənclik və İdman Təsislərində keçirilən çempionatın 10-cu günündə milli boksçu Ayşə Çağırır 48 kq çəki dərəcəsində final görüşünə çıxıb.
Son 32 raundda Özbəkistanlı Marjona Savrieva, son 16 raundda fransalı Rim Bennama, 1/4 finalda britaniyalı Demi-Jade Resztan, yarımfinalda isə argentinalı Aldana Florensiya Lopezə qalib gələn milli boksçu finalda Qazaxıstan təmsilçisi Alua Balkibekova ilə qarşılaşıb.
İlk raundda 5-0 məğlub olan Ayşə ikinci raundda 3-2 hesabı ilə qalib gəlib.
Milli bomsçu üçüncü raundda da üstünlüyünü qoruyaraq 3-2 hesabla Qazaq rəqibini məğlub edərək dünya çempionu olub.
Әlaqәli Xәbәrlәr

Super Liqada səfərdə azərkeş qadağası ləğv edildi
Türkiyə Futbol Federasiyasının İdarə Heyəti Mehmet Büyükekşinin rəhbərliyində Rivada iclas keçirib.

Aralıq dəniz Oyunlarının beşinci günündə qadın güləşçilərimiz tüğyan etdi
TRT spor xəbər verir ki, 5-ci gündə üç güləşçimiz qızıl medal qazanıb.