Basketbol üzrə Avroliqa final həyəcanı
Basketbol üzrə Avroliqanın finalında “Anadolu Efes” və “Real Madrid” klubları qarşılaşacaq

Basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu, Türkiyənin “Anadolu Efes” və İspaniyanın “Real Madrid” klubları arasında keçirilən matçın qalibi olacaq.
Serbiyanın paytaxtı Belqrad şəhərinin ev sahibliyi etdiyi basketbol üzrə Avroliqanın “Dördlər finalı”nda “Anadolu Efes” Yunanıstanın “Olimpiakos” klubunu 77-74 hesabı ilə məğlub edib. İkinci yarımfinalda ispan klubları - “Real Madrid” və “Barselona” qarşı-qarşıya gəlib. Matçda 86-83 hesabı ilə “Real Madrid” klubu üstün olub.
Beləliklə, mayın 21-də keçiriləcək basketbol üzrə Avroliqanın finalında “Anadolu Efes” və “Real Madrid” klubları çempionluq uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, “Anadolu Efes” ötən il, “Real Madrid” isə 10 dəfə Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.
Әlaqәli Xәbәrlәr

Super Liqada səfərdə azərkeş qadağası ləğv edildi
Türkiyə Futbol Federasiyasının İdarə Heyəti Mehmet Büyükekşinin rəhbərliyində Rivada iclas keçirib.

Aralıq dəniz Oyunlarının beşinci günündə qadın güləşçilərimiz tüğyan etdi
TRT spor xəbər verir ki, 5-ci gündə üç güləşçimiz qızıl medal qazanıb.