Spor Toto Super Liqada 36-cı tura babah start veriləcək

TRT Spor  xəbər  verir ki,ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

1822278
Spor Toto Super Liqada 36-cı tura babah start veriləcək

“Trabzonspor”un sona 3 həftə qalmış çempionluğunu elan etdiyi Super Liqada “Öznur Kablo Yeni Malatyaspor” və “Göztəpə” də aşağı liqaya düşüb. Lakin  Avrokuboklarda iştirak və liqada qalma həyəcanı davam edir.

Tura  hərəyə 33 xalla 17-ci pillədə daxil olan “Altay” və 18-ci pillədə qərarlaşan “Çaykur Rizəspor” liqada qalmaq ümidlərini qoruyub saxlamaq üçün hər 3 matçda qalib gəlməlidir. 42 xalla 16-cı yerdə iştirak  edən Qaziantep FK geridə qalan 3 oyunda 1 xal alsa, “Altay” və “Çaykur Rizəspor” liqa ilə vidalaşacaq. Superliqanın 36-cı həftəsində keçiriləcək oyunların təqvimi:

6   May

20.00 Atakaş Hatayspor-Trabzonspor (Yeni Hatay)

20.00 Qaziantep FK-Yukatel Kayserispor (Kalyon)

7 May:

16.00 Dəmir Qrup  Sivasspor-Kasımpaşa (Bahçeşehir Kolleci Sivas 4 Eylül) 16.00 VavaCars Fatih Karagümrük-Göztəpə (Atatürk Olimpiadası)

19.00 Medipol Başakşehir-Qalatasaray (Başakşehir Fatih Terim)

19.00 Adana Dəmirspor-Aytemiz Alanyaspor (Yeni Adana)

8 May:

16.00 Altay-GZT Girəsunspor (Alsancak Mustafa Denizli)

16.00 Öznur Kablo Yeni Malatyaspor-Çaykur Rizəspor (Yeni Malatya)

19.00 Beşiktaş-Fənərbaxça (Vodafone Park)

9 May:

20.00 Fraport TAV Antalyaspor-İttifak Holdinq Konyaspor (Antalya)



Әlaqәli Xәbәrlәr