“Mançester Yunayted” doğma meydanda “Çelsi”ylə qarşılaşıb
Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun öncəki tarixə çəkilmiş bir oyunu keçirilib.
1820207
TRT Spor xəbər verir ki, günün yeganə matçında “Mançester Yunayted” doğma meydanda “Çelsi”ylə qarşılaşıb.
Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Hesabı saatın tamamında Marko Alonso açıb. Amma meydan sahibləri cəmi 2 dəqiqə sonra Kristiano Ronaldonun qolu ilə hesabı bərabərləşdirə biliblər. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Bu heç-heçədən sonra “Çelsi” 66 xalla 3-cü, “Mançester Yunayted” isə 55 xalla 6-cı pillədə qalıb.
Әlaqәli Xәbәrlәr

UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vuruldu
VIII turun qarşılaşmalarının hamısı eyni saatda start götürdü.