“Liverpul” “Vilyarreal”ı məğlub yola saldı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

1819466
“Liverpul” “Vilyarreal”ı məğlub yola saldı

TRT Spor xəbər verir ki, “Liverpul”la “Vilyarreal” üz-üzə gəlib.

Unay Emerinin başçılıq etdiyi “Vilyarreal”ın Çempionlar Liqasında yarımfinala yüksəlməsi sensasiya sayıla bilər. Özü də, İspaniya komandası 1/4-də Almaniya nəhəngi “Bayern”i mübarizədən kənarlaşdırmaqla buna nail olub. “Vilyarreal”ın daha bir sürprizə imza atmağa gücü çatacaqmı, bunu “Liverpul”la oyunlardan sonra biləcəyik.

Bu komandalar arasındakı ilk oyunda “Liverpul” inamlı qələbəyə sevinib. Cavab matçı isə mayın 3-də, İspaniyada keçiriləcək.

Yarımfinalın dünən keçirilən ilk oyununda “Real” İngiltərədə “Mançester Siti”nin qonağı olub və 3:4 hesabıyla uduzub.

 UEFA Çempionlar Liqası Yarımfinalın ilk oyunu

27 aprel

Liverpul (İngiltərə) – Vilyarreal (İspaniya) 2:0

Qol: P.Estupinyan, 53-öz qapısına. S.Mane, 55.

Baş hakim: Şimon Marçinyak (Polşa).

 



Әlaqәli Xәbәrlәr