UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır
TRT Spor xəbər verir ki, bu gün və 27 aprel çərşənbə günü klublar səviyyəsində futbol üzrə Avropanın bir nömrəli turnirinin yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
1818202

Yarımfinalın cavab oyunları isə 3-4 may tarixlərində oynanılacaq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Sankt-Peterburqda keçirilməsindən imtina edilən 2022 Çempionlar Liqasının final oyunlarına Fransanın paytaxtı Parisdəki Stade de Frans ev sahibliyi edəcək.
Türkiyə vaxtı ilə 22.00-da başlayacaq 1/4 finalın ilk oyunlarının təqvimi:
26 aprel
“Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya)
27 aprel: “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya)