“Real” yarımfinalda
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

TRT Spor xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Real” Madriddə Çempionlar Liqasının son qalibi “Çelsi” ilə qarşılaşıb. “Kral klubu” İngiltərədə keçirilən ilk oyunda “zadəganlar”ı 3:1 hesabı ilə məğlub etmişdi. Bu baxımdan, “Çelsi”nin işi kifayət qədər çətin idi. Buna baxmayaraq, London təmsilçisi səfərdə ardıcıl 3 qol vurmaqla asan təslim olmaq istəmədiyini göstərib. Amma matçın sonlarında ümumi hesabı bərabərləşdirən İspaniya nəhəngi, əlavə vaxtda daha bir qol vurmaqla ümumi hesabda önə keçməyi bacarıb. Sonda növbəti mərhələyə vəsiqəni məhz “Real” əldə edib.
EFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
12 aprel
Real (İspaniya) – Çelsi (İngiltərə) 2:3
Qol: Rodriqo, 80. Benzema, 96 – Maunt, 15. Rüdiger, 51. Verner, 75.
İlk oyun – 3:1
Әlaqәli Xәbәrlәr

UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vuruldu
VIII turun qarşılaşmalarının hamısı eyni saatda start götürdü.