Burak Yılmaz Türkiyə millisindən getdi

Hücumçu Burak Yılmaz Türkiyə futbol millisində karyerasını başa vurub.

1801779
Burak Yılmaz Türkiyə millisindən getdi

Hücumçu Burak Yılmaz Türkiyə futbol millisində karyerasını başa vurub.

Burak Yılmaz bu qərarını Türkiyə millisinin Portuqaliya yığmasına məğlubiyyətindən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

O, gənclərə yol açmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Türkiyə səfərdə Portuqaliyaya 3-1 məğlub oldu. Burak Yılmaz bir qol vursa da, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilmədi.

37 yaşlı hücumçu bu matçı yığma karyerasında son görüş kimi dəyərləndirib.

O, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün üzrxahlıq edib: "Hər gecə beynimdə bu penaltini vuraraq, yatacağam. Bu zərbəni dəqiq yerinə yetirsəydim, hesab bərabərləşəcəkdi. Uduzmağımız 3 və ya 4 müdafiəçi ilə oynamağımızda yox, penaltini vura bilməməyimdədir".


Etiketlәr: #Burak Yılmaz

Әlaqәli Xәbәrlәr