Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib

TRT Spor xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

1792960
Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib
Real Betis v Eintracht Frankfurt.JPG

Portuqaliyanın “Porto” klubu öz meydanında Fransa təmsilçisi “Lion”la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. İspaniya “Betis”i isə Sevilyada Almaniyanın “Ayntraxt” klubuna məğlub olub – 1:2.

Qeyd edək ki, bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final
İlk oyunlar
9 mart

"Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2
Qollar: Nabil Fekir, 30 - Filip Kostiç, 14. Daiti Kamada, 32

"Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1
Qol: Lukas Paketa, 59

Bütün cavab görüşləri martın 17-də keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr