“Mançester Siti” rǝqibini darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

1790903
“Mançester Siti” rǝqibini darmadağın etdi

TRT-nin xǝbǝrinǝ görǝ daha iki qarşılaşma baş tutub.

 “Arsenal” səfərdə “Uotford”la qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda “topçular” çətin qələbəyə seviniblər.

Tur Mançester derbisiylə əlamətdar olub. Çempionatın lideri “Mançester Siti” “Etihad” stadionunda əzəli rəqibi “Mançester Yunayted”i qəbul edib. Komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, oyuna maraq böyük idi. Bu oyunadək baş tutan 186 derbidə “qırmızı şeytanlar”ın üstünlüyü vardı (77 qələbə, 56 heç-heçə, 53 məğlubiyyət). Premyer Liqadakı son 10 görüşdə isə bərabərlik vardı – 2 heç-heçə və hərəyə 4 qələbə. Bu oyunda isə “şəhərlilər” böyük hesabla qələbə qazanıblar.

Mançester Siti – Mançester Yunayted 4:1

Qol: De Bruyne, 5; 28. Mahrez, 68; 90 – Sanço, 22.

 

.

 

 



Әlaqәli Xәbәrlәr