Qış Olimpiya Oyunları TRT ekranlarında olacaq

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına 7 gün qalıb.

1769773
Qış Olimpiya Oyunları TRT ekranlarında olacaq

Fevralın 4-20-də keçiriləcək Qış Olimpiya Oyunlarında 90 ölkədən 3000-ə yaxın idmançı mübarizə aparacaq.

TRT ekranlarından canlı olaraq izləyicilərə çatdırılacaq oyunların başlamasına bir həftə qalmış paytaxt Pekində Olimpiya hazırlıqları sürətlə davam edir. Küçələr və xiyabanlarlarda Qış Olimpiya Oyunları ilə bağlı reklam lövhələri göz oxşayır. Olimpiya talismanlarının fiqurları şəhərin müxtəlif guşələrini bəzəyib. Şəhər mərkəzinin şimalında, Pekin Milli Stadionunun və Pekin Olimpiya Qülləsinin yerləşdiyi Olimpiya Parkının ərazisi xüsusi olaraq işıqlandırılıb.

2008-ci il Pekin Olimpiadası üçün tikilmiş "Quş yuvası" adlanan Milli Stadion fevralın 4-də Qış Olimpiya Oyunlarının açılış mərasiminə ev sahibliyi edəcək. Qış Olimpiadası oyunları TRT SPOR, TRT SPOR Yıldız və TRTSpor.com.tr-də canlı olaraq izləyicilərə çatdırılacaq.



Әlaqәli Xәbәrlәr