İran 2022 FIFA Dünya Çempionatına vəsiqə qazandı

İran Asiya seçmə mərhələsindən 2022 FIFA Dünya Çempionatına vəsiqə qazanan ilk komanda oldu.

1769699
İran 2022 FIFA Dünya Çempionatına vəsiqə qazandı

TRT Spor xəbər verir ki, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Asiya seçmə mərhələsində 3-cü turda 6 qarşılaşma keçirilib.

A qrupunda İran öz meydanında İraqı 1:0 hesabı ilə məğlub edərək seçmə mərhələlərin bitməsinə 3 həftə qalmış dünya çempionatında iştirakına  zəmanət verib.

B qrupunda Səudiyyə Ərəbistanı  qonaq  etdiyi Omanı 1:0 hesabı ilə  məğlub  edərək liderliyini davam etdirib.

Qarşılaşmaların  nəticələri:

A qrupu

Livan-Cənubi Koreya: 0-1

İran-İraq: 1-0

Birləşmiş Ərəb Əmirlikləri-Suriya: 2-0

B qrupu

Avstraliya-Vyetnam: 4-0

Yaponiya-Çin: 2-0

Səudiyyə Ərəbistanı-Oman: 1-0



Әlaqәli Xәbәrlәr