“Hull City”-nin yeni direktoru bəlli oldu

Acun Ilıcalının satın aldığı “Hull City”-nin yeni direktoru Şota Arveladze olub. TRT Spor xəbər verir ki, Çempionship Şota Arveladze ilə 2,5 illik müqavilə imzalayıb.

1769659
“Hull City”-nin yeni direktoru bəlli oldu

Türkiyədə “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor”u çalışdıran Şota son olaraq Özbəkistanın “Paxtakor Daşkənd” komandasının heyətində çalışıb. Arveladze üç illik fəaliyyəti dövründə Özbəkistan Superliqasının iki titulu da daxil olmaqla beş kubok qazanıb və Asiya Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Qeyd edək ki, Acun Ilıcalının satın aldığı “Hull City” klubu 2019-cu ilin iyun ayından məşqçilik edən Qrant Makkenn ilə yollarını ayırıb.

İngiltərə çempionshipdə 29 xallı olan “Hall Sity” 19-cu yerdədir.



Әlaqәli Xәbәrlәr