Futbol üzrə İngiltərə Liqa Kubokunda ilk finalçı bəlli olub
“Çelsi” “Tottenhem”ə qalib gələrək finala yüksəldi
1761777
TRT Sporun xəbərinə görə iki oyunun nəticəsinə əsasən “Tottenhem”i üstələməyi bacaran “Çelsi” həlledici matça vəsiqə qazanıb.
“Çelsi” bir həftə öncə doğma meydanda baş tutan ilk oyunda “Tottenhem”ə 2:0 hesabıyla qalib gəlmişdi. Zadəganlar, “Tottenhem”in stadionunda baş tutan növbəti London derbisində də qələbə qazanan tərəf olub – 1:0.
Çelsinin finaldakı rəqibi “Liverpul”la “Arsenal” arasında keçiriləcək qarşılaşmalardan sonra bəlli olacaq. Bu komandalar arasındakı ilk görüş bu gün (yanvarın 13-də ) “Liverpul”un meydanında baş tutacaq. Cavab görüşü isə ayın 20-də “Arsenal”ın stadionunda keçiriləcək.
Әlaqәli Xәbәrlәr

Pley-off mərhələsində daha 4 oyun keçirilib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun keçirilib.