“Tottenhem” səfərdən məğlub qayıtdı

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib. ilk oyun günündə bir görüş baş tutub.

1757935
“Tottenhem” səfərdən məğlub qayıtdı

“Çelsi” doğma meydanda “Tottenhem”lə qarşılaşıb. London derbisində meydan sahibləri inamlı qələbəyə seviniblər. Bu komandalar arasındakı cavab görüşü yanvarın 12-də keçiriləcək.

5 Yanvar : Çelsi – Tottenhem 2:0

Qol: K.Haverts, 5. B.Deyvis, 34-öz qapısına.

Yarımfinalın digər qarşılaşması yanvarın 6-da “Liverpul”la “Arsenal” arasında keçirilməli idi. Lakin bu matç “Liverpul”un heyətindəki koronavirusa yoluxma halları ilə əlaqədar təxirə salınıb. Yekun qərara əsasən, tərəflər arasındakı ilk görüş ayın 13-də “Liverpul”un meydanında baş tutacaq. Cavab görüşü isə ayın 20-də “Arsenal”ın stadionunda keçiriləcək.



Әlaqәli Xәbәrlәr