“Liverpul”-“Çelsi” qarşılaşmasında qalib müəyyənləşməyib
Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
1755882
TRT Spor xəbər verir ki, daha dörd qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Çelsi” doğma meydanda ən yaxın izləyicisi “Liverpul”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Çelsi – Liverpul 2:2
Qol: Kovaçiç, 42. Pulişiç, 45+1 – Mane, 9. Salah, 26.
Әlaqәli Xәbәrlәr

UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vuruldu
VIII turun qarşılaşmalarının hamısı eyni saatda start götürdü.