Futbol üzrə Super Liqasında 17-ci tura yekun vurulub
Turun son oyun günündə “Fənərbaxça” doğma meydanda “Beşiktaş”ı qəbul edib

TRT Spor xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Kayserispor” - “Qaziantep” matçında qapılara qol vurulmayıb. “Rizəspor” “Yeni Malatyaspor”u minimal hesabla məğlub yola salıb. “Göztəpə” isə evdə “Fatih Karagümrük”ə oxşar hesabla məğlub olub.
Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma meydanda “Beşiktaş”ı qəbul edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
Türkiyə Super Liqası 17-ci tur
17 dekabr:
Girəsunspor – Altay 3:1
Qol: Süleymanov, 31. Balde, 61. Diabate, 72 – Poko, 81.
18 dekabr
Kasımpaşa – Sivasspor 1:3
Qol: Kamara, 43-öz qapısına – Fajr, 50. Yatabare, 76; 81.
Trabzonspor – Hatayspor 2:0
Qol: Djanini, 24. Kornelius, 38.
Konyaspor – Antalyaspor 1:0
Qol: E.Çekici, 90+2.
Qalatasaray – Başakşəhər 1:1
Qol: M.Məhəmməd, 87 – Okaka, 20.
Alanyaspor – Adana Dəmirspor 1:3
Qol: Dyedyu, 30 – Varqas, 26. Balotelli, 43. Byarnason, 51.
19 dekabr
Rizəspor – Yeni Malatyaspor 1:0
Qol: D.Hümmet, 79.
Kayserispor – Qaziantep 0:0
Göztəpə – Fatih Karagümrük 0:1
Qol: C.Erkin, 76.
Fənərbaxça – Beşiktaş 2:2
Qol: M.Özil, 14-pen. Berişa, 30 – Jozef, 25; 59.
Әlaqәli Xәbәrlәr
"Paris Saint-Germain" klubunda bir dövr başa çatır
"Paris Saint-Germain" klubunda Lionel Messi dövrü başa çatır.