Voleybol üzrə Qadınlararası Dünya Çempionatına start verilir
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Qadınlararası Dünya Çempionatına sabah(15 dekabr) Ankarada start veriləcək.

Turnirdə Türkiyə təmsilçiləri “VakıfBank” və “Fənərbaxça Opet” çempionluq uğrunda mübarizə aparacaq.
Ankara İdman Salonunda 5 gün davam edəcək tədbirdə Türkiyədən iki komanda iştirak edəcək.
A qrupunda “Fənərbaxça Opet”, İtaliyadan “İmoco Volley” və Braziliyadan Dentil Praia, B qrupunda isə təmsilçimiz “VakıfBank”, Qazaxıstandan Altay və Braziliyadan “Minas” mübarizə aparacaq.
Voleybol üzrə 2021 FIVB Klublararası Dünya Çempionatının açılış matçı sabah Türkiyə vaxtı ilə saat 15:00, B qrupunda iştirak edən Minas və Altay komandaları arasında oynanılacaq. Günün digər matçında isə(18:30) A qrupundakı təmsilçimiz Fənərbaxça Opet və Imoco Volley komandası qarşılaşacaq.
VakıfBank ilk oyununu 16 dekabr Cümə axşamı, Türkiyə vaxtı ilə saat 15.00-da Altay ilə keçirəcək.
Çempionatda qrup oyunlarının təqvimi:
15 dekabr
15.00 Minas-Altay
18.30 Imoco Volley-Fənərbaxça Opet
16 dekabr
15.00 VakıfBank-Altay
18.30 Dentil Praia-Fənərbaxça Opet
17 dekabr
15.00 Imoco Volley-Dentil Praia
18.30 Minas-VakıfBank
Qrup oyunları nəticəsində ilk iki yeri tutan komandalar dekabrın 18-də yarımfinalda mübarizə aparacaqlar. Çempionatın üçüncü yer və final matçı dekabrın 19-da keçiriləcək.
1991-ci ildən bəri FIVB tərəfindən təşkil edilən Dünya Klublar Çempionatına ilk dəfə ev sahibliyi edəcək olan Türkiyə qadınlar kateqoriyasında 6 çempionluq, 2 ikincilik və 4 üçüncülük qazanıb.
Әlaqәli Xәbәrlәr
Şose velosipedində ilin ilk böyük turu olan Giroda mübarizə davam edir
Çətin yarışın 18-ci mərhələsi Macarıstanın paytaxtı Budapeştdən başlayıb.