“Real” əzəli rəqibi “Atletiko”nu məğlub edib
Futbol üzrə İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir
1746518
TRT Spor xəbər verir ki, daha dörd qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider “Real” doğma meydanda əzəli rəqibi “Atletiko”nu qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
Real – Atletiko 2:0
Qol: Benzema, 16. Asensio, 57.
Çempionlar Liqası ilə vidalaşan “Barselona” çempionatda “Osasuna” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.
“Betis” “Real Sosyedad”ı 4 cavabsız qolla məğlub edib. “Vilyarreal” isə “Rayo Valyekano”nu məğlub yola salıb.