Maks Ferstappen Formula 1 üzrə dünya çempionu olub

“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen ilk dəfə Formula 1 üzrə dünya çempionatının qalibi olub.

1746449
Maks Ferstappen Formula 1 üzrə dünya çempionu olub

TRT xSporun xəbirinə görə 12 dekabrda niderlandlı pilot "Yas Marina” avtodromunda təşkil olunan mövsümün sonuncu yarışı - Əbu-Dabi Qran-Prisinin qalibi olmaqla çempionluğunu bayram edib. Bu qələbə ilə M.Ferstappen pilotların sıralamasında birinci olub.

"Red Bull Racing" komandası 2013-cü ildən bəri ilk dəfədir titul qazanır. "Mercedes" komandası isə ardıcıl səkkizinci dəfə Konstruktorlar kubokunu qazanıb.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olmuşdu.

 



Әlaqәli Xәbәrlәr