Lionel Messi növbəti dəfə “Qızıl top” mükafatına layiq görüldü

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının sahibi məlum olub.

1740532
Lionel Messi növbəti dəfə “Qızıl top” mükafatına layiq görüldü

TRT Sporun xəbərinə görə mükafatın təqdimat mərasimi Fransanın paytaxtı Parisdə təşkil olunub.

“Qızıl top”a namizəd olan 30 futbolçudan 1-i qapıçı, 5-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 14-ü isə hücumçu olub.

Yekunda “Qızıl top” mükafatı Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messiyə qismət olub. 34 yaşlı forvard karyerası ərzində 7-ci dəfə bu ada sahib çıxıb. O, daha öncə 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə bu mükafata layiq görülmüşdü.

“France Football” nəşri digər nominasiyalar üzrə də qalibləri elan edib.

 2021-ci ilin ən yaxşı gənc futbolçusu İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedri seçilib.

 Polşa millisinin və Almaniyanın “Bayern” klubunun futbolçusu Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib. 33 yaşlı forvard 2021-ci ildə vurduğu 53 qolla bütün rəqiblərini qabaqlayıb.

2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis olunmuş Lev Yaşin mükafatı isə İtaliya millisinin və Fransanın PSJ klubunun qolkiperi Canluici Donnarummaya qismət olub.

 



Әlaqәli Xәbәrlәr