“Beşiktaş” “Ayaks”la oyunda növbəti məğlubiyyətinə üzülüb

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulacaq.

1738308
“Beşiktaş” “Ayaks”la oyunda növbəti məğlubiyyətinə üzülüb

TRT Spor xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları üzrə daha 8 matç keçirilib.

C qrupunda “Beşiktaş” pley-offa vəsiqəni rəsmiləşdirən “Ayaks”ı qəbul edib. Dörd turdan sonra xalı olmayan “qara qartallar” Avropa Liqasının pley-offuna düşmək üçün qələbə qazanmaqla yanaşı, Portuqaliyada “Sportinq” və Almaniyanın “Borussiya” (Dortmund) klubları arasında oynanılan görüşün nəticəsini gözləməliydi. Bu qarşılaşma heç-heçə və ya meydan sahiblərinin qələbəsi ilə başa çatacağı təqdirdə, İstanbul təmsilçisi avrokuboklarla vidalaşacaqdı. Dortmundlular qalib gələcəyi halda isə sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edəcəkdi. “Beşiktaş” “Ayaks”la oyunda növbəti məğlubiyyətinə üzülüb(1:2). Qol: Gezzal, 22-pen – Haller, 54; 69.

“Sportinq” isə “Borussiya”nı məğlub yola salmaqla qrup ikinciliyini ələ keçirib.



Әlaqәli Xәbәrlәr