Milli oyunçu Cengiz Ündər heyətdən çıxarıldı

Futbol üzrə Türkiyə millisi Dünya Çempionatı-2022-nin seçmə mərhələsi çərçivəsində Cəbəllütariq və Monteneqro yığmalarına qarşı keçiriləcək oyunlardan əvvəl ciddi itki ilə üzləşib.

1731782
Milli oyunçu Cengiz Ündər heyətdən çıxarıldı

TRT Sporun xəbərinə görə yarımmüdafiəçi Cengiz Ündər bu oyunlarda oynaya bilməyəcək. Buna futbolçunun zədələnməsi səbəb olub.

Türkiyə Futbol Federasiyasının mətbuat xidməti də zədəsi ciddi olan oyunçunun heyətdən çıxarıldığını açıqlayıb. Məşqçilər korpusu Cengizin əvəzində yığmaya “Qalatasaray”dan Barış Alper Yılmazı dəvət edib.

 



Әlaqәli Xәbәrlәr