Münhen təmsilçisi kubokla vidalaşdı

Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

1726027
Münhen təmsilçisi kubokla vidalaşdı

İlk oyun günündə 8 qarşılaşma baş tutub.

TRT Spor-un xəbərinə  görə qeydə alınan nəticələrdən sonra “Leyptsiq”, “Hoffenhaym”, “Münhen 1860”, “Herta”, “Borussiya” (Dortmund), “Maynts” və “Frayburq” komandaları 1/8 finala vəsiqəni təmin edib.

Sonuncu oyun günündə “Bayern”in Mönhenqladbax “Borussiya”sına böyük hesabla uduzması gözlənilməz olub.(5-0) Beləcə, Münhen təmsilçisi kubokla vidalaşıb. Mönhenqladbax “Borussiya”sı ilə yanaşı, “Karlsrue”, “Bohum”, “Union Berlin”, “Sankt Pauli”, “Hannover”, “Hanza” (Rostok) və “Köln” komandaları 1/8 finalda oynamaq hüququ qazanıb.

 



Әlaqәli Xәbәrlәr