“Barselona” Ronald Kumanı postundan kənarlaşdırdı

“Barselona”nın baş məşqçisi Ronald Kuman Kataloniya təmsilçisindən ayrılıb

1726015
“Barselona” Ronald Kumanı postundan kənarlaşdırdı

 

TRT Sporun xəbərinə  görə, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Niderlandlı mütəxəssis İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutan “Rayo Valekano” ilə oyundan sonra istefaya göndərilib. Bu oyunda 0:1 hesabıyla uduzan Kataloniya klubunun rəhbərliyi maçtdan dərhal sonra Kumanı postundan kənarlaşdırmağa qərar verib.

“Barselona” La Liqanın cari mövsümündə keçirdiyi 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 

 Ronald Kuman ötən ilin avqustundan “Barselona”ya rəhbərlik edirdi. 

 



Әlaqәli Xәbәrlәr