Beşiktaş bu gün “Sporting Lissabon” komandası ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasının qrup mərhələsi matçları çərçivəndə Beşiktaş bu gün Portuqaliyanın “Sporting Lissabon komandası”na ev sahibliyi edəcək.

1721425
Beşiktaş bu gün “Sporting Lissabon” komandası ilə qarşılaşacaq

C qrupunun üçüncü turunda mübarizə aparacaq olan Beşiktaş Çempionlar Liqasında mövsümün ilk qələbəsini qazanmağı planlaşdırır. Vodafone Parkda oynanacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 19.45 -də start götürəcək. Qarşılaşmanı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Beşiktaş C qrupunda oynadığı ilk iki qarşılaşmadan məğlub ayrılıb. Qrupdakı ilk matçında Almaniya təmsilçisi “Borussia Dortmund” ilə evdə mübarizə aparan Beşiktaş 2: 1 hesabı ilə uduzdu. Səfərdə “Ayaks” ilə oynadığı matçdan isə 2-0 məğlub ayrıldı.

 



Әlaqәli Xәbәrlәr