Keniyalı dünya rekordçusu evində ölü tapılıb

Məşhur Keniyalı atlet Aqnes Tirop dünyasını dəyişib.

1719516
Keniyalı dünya rekordçusu evində ölü tapılıb

TRT Keniya Atletika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı dünya rekordçusu Aqnes Tirop evində ölü tapılıb.

Onun ölüm səbəbi ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, Tiropu həyat yoldaşı öldürüb.

Qeyd edək ki, Aqnes Tirop 2017 və 2019-cu il dünya çempionatlarında bürünc medal qazanıb. O, sentyabrda Almaniyadakı turnirdə 10 min metr məsafəyə 30 dəqiqə 1 saniyəyə qaçaraq, dünya rekordu qırıb.

 



Әlaqәli Xәbәrlәr