Futbol üzrə UEFA Millətlər Liqasının qalibi müəyyənləşib

TRT Spor xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gəlib.

1717488
Futbol üzrə UEFA Millətlər Liqasının qalibi müəyyənləşib

Milan şəhərindəki “San-Siro” stadionunda baş tutan oyunu ingiltərəli Entoni Teylor idarə edib. Qarşılaşmada hesabı ispanlar açsa da, əzmkar qələbə qazanan Fransa yığması turnirin qalibi olub.

Xatırladaq ki, İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələmişdi.

İtaliya və Belçika komandaları da üçüncü yer uğrunda qarşılaşıb. Serbiyalı Srcan Yovanoviçin idarə etdiyi bu oyun Turindəki “Yuventus” stadionunda keçirilib. Üç qolun qeydə alındığı qarşılaşma İtaliya yığmasının qələbəsiylə yekunlaşıb.

İkinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

 



Әlaqәli Xәbәrlәr