“Beşiktaş” doğma meydanda məğlub oldu

Sentyabrın 21-də futbol üzrə Türkiyə çempionatının VI turu çərçivəsində “Beşiktaş” doğma meydanda "Adana Dəmirspor"u qəbul etdi.

1708909
“Beşiktaş” doğma meydanda məğlub oldu

Sentyabrın 21-də futbol üzrə Türkiyə çempionatının VI turu çərçivəsində “Beşiktaş” doğma meydanda "Adana Dəmirspor"u qəbul etdi.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşə meydan sahibləri fəal başladı. Oyunda hesabı 20-ci dəqiqədə İstanbul təmsilçisinin müdafiəçisi Fransisko Montero açdı.. "Beşiktaş"ın növbəti qolunu 43-cü dəqiqədə Souza vurdu. İkinci hissənin 52-ci dəqiqəsində Rıdvan Yılmaz hesab arasındakı fərqi üç topa çatdırdı. Lakin qonaqların heyətində Matias Varqas 60-cı dəqiqədə fərqlənərək qol vurdu. Matçın 79-cu dəqiqəsində Mario Balotelli qol vuraraq hesab arasındakı fərqi minimuma endiridi. Oyunda yekun hesabı 90+7-ci dəqiqədə Adana təmsilçisinin futbolçusu Assombalonqa müəyyənləşdirdi - 3:3.

Beləliklə, "Adana Dəmirspor" səfərdə geri dönüş edərək "Beşiktaş"la heç-heçə etdi.

Günün digər matçında "Yeni Malatyaspor" öz meydanında "Sivasspor"a minimal hesabla uduzdu - 0:1. "Altay" isə səfərdə "Rizəspor"u 2:1 hesabı ilə üstələdi. "Fatih Karagümrük" - "Antalyaspor" matçında isə qapılara qol vurulmadı - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 14 xalla "Beşiktaş" başçılıq edir. Ondan bir xal geri olan "Trabzonspor" ikinci, 12 xala malik olan "Altay" isə üçüncü pillədə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr