Avroliqa: “Fənərbaxça”dan heç-heçə, “Qalatasaray”dan qələbə

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.

1707032
Avroliqa: “Fənərbaxça”dan heç-heçə,  “Qalatasaray”dan qələbə

TRT spor xəbər verir ki, ikinci oyun günündə 8 qrup üzrə 15 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki təmsilçilərindən  “Fənərbaxça”  Almaniyada “Ayntraxt”ın qonağı olub. Frankfurtda keçirilən oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.(1-1)

Digər   təmsilçi  “Qalatasaray”   isə  İtaliya “Latsio”sunu qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib.(1-0)

Xatırladaq ki, Avroliqada qrup mərhələsinə ötən gün C qrupu çərçivəsində keçirilmiş “Spartak” (Moskva, Rusiya) – “Legiya” (Polşa) matçı ilə start verilib. Bu oyunda Polşa təmsilçisi səfərdə 1:0 hesablı qələbəyə sevinib.



Әlaqәli Xәbәrlәr