Ərdoğan qalib idmançılara ziyafət verdi

2020 Tokio Olimpiada Oyunlarında medal qazanan milli idmançılarla paytaxt Ankarada Beştəpədə axşam ziyafətində bir araya gələn Ərdoğan burada etdiyi çıxışında deyib...

1695983
Ərdoğan qalib idmançılara ziyafət verdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif idman nominasiyaları üzrə ölkəni daha yaxşı bir mövqeyə aparmağı hədəfə aldıqlarını bildirib.

  2020 Tokio Olimpiada Oyunlarında medal qazanan milli idmançılarla paytaxt Ankarada Beştəpədə axşam ziyafətində bir araya gələn Ərdoğan burada etdiyi çıxışında deyib: “2020 Tokio Olimpiada Oyunlarına qatılan 108 Türkiyə idmançısı hər biri təqdirə layiqdir.

  Bu il olimpiadalarda idmançılarımız yalnız müvəffəqiyyətləri ilə deyil, həm də centlmen davranışlarıyla özlərindən bəhs etdirdilər. Atdığımız addımlarla idmana və idmançıya olan dünyagörüşünü dəyişdirdik.

  Cümhuriyyətimizin 100-cü ilinə - 2023-cü ilə gedən yolda xüsusilə, müxtəlif idman nominasiyaları üzrə ölkəmizi daha yaxşı bir mövqeyə aparmaq istəyirik.   

  İdmançıları hər mərhələdə dəstəkləməkdəyik. Güclü və zəif tərəflərimizi analiz edəcəyik. Arzuladığımız səviyyəyə çata bilmədiyimiz və itirdiyimiz sahələrə önəm verəcəyik. 2024 Olimpiada Oyunlarının ediləcəyi Parisdə Tokio 2020-dən daha artıq müvəffəqiyyət qazanacağıq."



Әlaqәli Xәbәrlәr