Paralimpiya Oyunlarında tamaşaçı olmayacaq

Tokio-2020 yay Olimpiya Oyunlarından sonra Paralimpiya Oyunları da sakit keçəcək.

1692332
Paralimpiya Oyunlarında tamaşaçı olmayacaq

Beynəlxalq Paralimpiya Komitəsi, Tokio Qubernatorluğu və Yaponiya hökuməti arasında keçirilən görüşdə, oyunların tamaşaçı olmadan keçirilməsi qərarına gəlinib.

Yaponiya Paralimpiya Komitəsindən yayılan açıqlamada “Covid-19” hadisələrinin oyunlara təsir etməsinin təəssüf doğurduğu və tamaşaçıların stadionlarda olduğu kimi yol yarışlarında da olmayacaqlar.

Şərhdə qeyd edilib ki, məktəbli uşaqların oyunları izləməsinə isə yerli hakimiyyət orqanları və ya məktəb rəhbərlikləri qərar verəcək.

Qeyd edək ki, İyulun 12 -dən etibarən Yaponiyanın paytaxtı Tokioda koronavirus səbəbiylə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu səbəbdən 2020 Olimpiya Oyunlarına da azərkeşlərin qatılmalarına icazə verilməyib.

24 Avqust - 5 Sentyabr tarixlərində keçiriləcək 2020 Paralimpiya Oyunları TRT Spor və TRT Spor Yıldız kanallarında canlı yayımlanacaq.



Әlaqәli Xәbәrlәr