Lionel Messi Fransanın “PSJ” klubuna transferi barədə danışıb

Argentina millisinin hücumçusu Lionel Messi Fransanın “PSJ” klubuna transferi barədə ilk fikirlərini bölüşüb.

1689054
Lionel Messi Fransanın “PSJ” klubuna transferi barədə danışıb
1.JPG
2.JPG
3.JPG
4.JPG

34 yaşlı futbolçu Paris təmsilçisinin rəsmi saytına açıqlamasınd: “Karyeramda yeni səhifə açdığım üçün xoşbəxtəm. PSJ-də hər şey mənim hədəflərimlə üst-üstə düşür. Burada necə istedadlı kollektiv və məşqçilər heyətinin olduğunu bilirəm. Klub və azarkeşlər üçün xüsusi bir şey yaratmağa kömək etmək əzmindəyəm. "Park de Prens"də meydana çıxmağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, 2003-cü ildən “Barselona”da çıxış edən Messi, Kataloniya klubundan bu yay azad agent kimi ayrılıb. Forvard yeni klubu ilə 2 illik sözləşməyə imza atıb. Müqavilənin müddəti sonradan daha bir il artırıla bilər.

 



Әlaqәli Xәbәrlәr