Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

TRT Spor xəbər verir ki, Yaponiya Milli Stadionundakı tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunub.

1687774
Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
7.JPG
4.JPG
11.JPG
15.JPG
16.JPG

Əvvəlcə 6 yerli idmançı Yaponiya bayrağını meydanın mərkəzinə gətirib və dövlət himni səsləndirilib.

Daha sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Qadınlar və kişilər arasında marafonun qalibəri mükafatlandırlıb.

Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan Fransanın nümayəndəsinə təqdim olunub. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.

Sonda isə olimpiya məşəli söndürülüb və bununla da yarışa yekun vurulub.

 

 

 



Әlaqәli Xәbәrlәr