Tokio-2020 Yay Olimpiya Oyunlarında ABŞ Finala vəsiqə qazanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın voleybolçuların mübarizəsində yarımfinal mərhələsinə start verilib.

1686694
Tokio-2020 Yay Olimpiya Oyunlarında ABŞ Finala vəsiqə qazanıb

TRT Spor xəbər verir ki, günün ilk oyununda ABŞ və Serbiya milliləri qarşılaşıb. Gərgin mübarizə şəraitində keçəcəyi ehtimal edilən görüş gözləntiləri doğrultmayıb. Qarşılaşmada ABŞ-ın böyük üstünlüyü diqqət çəkib. Nəticədə dünya və Avropa çempionu Serbiyanı set vermədən məğlub edən amerika voleybolçuları finala çıxıblar. Andrea Drus (17 xal) və Cordan Larson (15 xal) qələbədə önəmli pay sahibi olublar.

 



Әlaqәli Xәbәrlәr